...

60 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub

Siyasət Materials 29 Fevral 2024 10:57 (UTC +04:00)
60 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə bir sıra şəxslər Ombudsmana müraciətlər edərək, İraq Respublikası və Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında kömək göstərilməsini xahiş edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, müxtəlif vaxtlarda həmin ərizəçiləri qəbul edən Ombudsman mövcud problemin araşdırılması, həlli və vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər səlahiyyətli dövlət qurumları ilə əməkdaşlığını davam etdirilib.

Bu fəaliyyət çərçivəsində 2023-cü il ərzində 13-ü qadın, 47-i uşaq olmaqla, 60 Azərbaycan Respublikası vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub.

Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib. Repatriasiya üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti