...

Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 4 Mart 2024 16:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Bu barədə Trend-ə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Avstriya ilə parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və digər rəsmi şəxslər müşayiət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti