...

Milli Məclisin yeni işçi qrupu yaradılır

Siyasət Materials 5 Mart 2024 11:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupu yaradılır.

Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Deputat Müşfiq Cəfərovun Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti