Bakı. Trend:
Qlobal Bakı Forumunda müzakirə olunan mövzular bütün dünyanı narahat edən mövzulardır. Biz parçalanmış bir dünyanı bərpa etmək mövzusu seçmişik, bu, dünyadakı problemləri düzəltmək üçün insanların nə edə biləcəyini, ölkələrin nə edə biləcəyini ifadə edir.
Trend xəbər verir ki, bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa jurnalistlərə bildirib.
"İlin sonunda Azərbaycanda COP29 baş tutacaq. Bu tədbir dünyada bizim hamımıza təsir edəcək qərarların qəbulu baxımından çox əhəmiyyətlidir", - o qeyd edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.