...

Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar - Ceyhun Bayramov

Siyasət Materials 15 Mart 2024 10:40 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar - Ceyhun Bayramov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN rəhbərləri ilə Bakıda keçiriləcən üçtərəfli görüşün əvvəlindəki çıxışında deyib.

“Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından böyük rol oynayır. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar. Son dörd il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalına son qoyulması nəticəsində regional vəziyyətdə tarixi dəyişikliklər baş verib. Azərbaycan regionda qanunsuzluğa son qoydu və stabilliyin əsasını qoydu”, - deyə nazir bildirib.

C.Bayramov qeyd edib ki, regiondakı yeni reallıq regionun bütün potensialının istifadə edilməsi baxımından yeni perspektivlər vəd edir.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilir.

Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılacaq, növbəti görüşün keçiriləcəyi yer müəyyən ediləcək və Bakı bəyannaməsini qəbul ediləcək.

Görüşündən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti