...

Daha sürətli və konkret addımlar atmalıyıq - Belçikanın sabiq baş naziri

Siyasət Materials 15 Mart 2024 12:31 (UTC +04:00)
Daha sürətli və konkret addımlar atmalıyıq - Belçikanın sabiq baş naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud olan vəsait hər bir ölkəyə bərabər paylanmır.

Trend xəbər verir ki, bu barədə Belçikanın sabiq baş naziri Yves Leterme XI Qlobal Bakı Forumunda çərçivəsinə keçirilən “Həyatımızın maliyyələşdirilməsi: iqlim ədaləti” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

“Artıq beynəlxalq təsisatların dəyişməsi labüddür. Əgər biz iqlim ədalətindən bəhs ediriksə, təbliğata daha çox yer ayırmalıyıq. Kənd təsərrüfatını yaxşılaşdıraraq iqlim dəyişikliyinə töhfə verə bilərik.

Zaman bizim əleyhimizə işləyir. Daha sürətli və konkret addımlar atmalıyıq. Əhali artdıqca, onlara daha çox vəsait xərclənməli oluruq. Artan münaqişələr fonunda iqlim dəyişikliyi üçün vəsaitlər azalır.

Bu məsələdə insanların davranışları da önəmlidir. Plastikdən daha az istifadə etməlidirlər. Xırda bir amil kimi görünsə də, iqlim dəyişikliyinə çox mənfi təsir göstərir”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti