...

Ermənistan qurbana çevrilir: Gizli planın məqsədi ölkənin sonunu gətirəcək (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 2 Aprel 2024 20:28 (UTC +04:00)
Ermənistan qurbana çevrilir: Gizli planın məqsədi ölkənin sonunu gətirəcək (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasında təhlükəsizliklə bağlı görüşün keçirilməsi planlaşdırılır. Təbii ki, bu görüş regiona yaxşı heç nə vəd etmir. Bu format Azərbaycana qarşı yönəlib və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlarla yanaşmaya əsaslanır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir dövrdə Ermənistanı silahlandırmaq və yeni təlimatçılar göndərmək, Aİ müşahidə missiyasının üzvlərinin sayını artırmaq və digər məsələlər göstərir ki, əslində, Qərb Ermənistanı münaqişəyə cəlb etmək istəyir.

“Azərbaycandan çıxarılan silahlı erməni quldur dəstələrinin böyük əksəriyyəti Fransada hərbi təlimlərə cəlb olundular. Eyni zamanda Fransa Ermənistana zirehli maşınlar, silah-sursat verdi. Yəni Ermənistan sülhə yox, müharibəyə hazırlaşır”, - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti