...

Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ahəngdar fəaliyyətini bərpa etməyin vaxtı çatıb - Zaxarova

Siyasət Materials 3 Aprel 2024 16:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ahəngdar fəaliyyətini bərpa etməyin vaxtı çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü həftəlik brifinqdə deyib.

"Bakı və İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi-diplomatik metodlarla Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində tənzimlənməlidir.

Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq. Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ahəngdar fəaliyyətini bərpa etməyin vaxtı çatıb. Tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirərək, Rusiyanın yardımı ilə ən mürəkkəb məsələlərinin, o cümlədən, sərhədlərin delimitasiyası, regionda nəqliyyat-logistika marşrutlarının açılması, sülh sazişinin hazırlanması kimi məsələlərin həllinin axtarıldığı formatlarda səmərəliliyini sübuta yetirmiş təmasları bərpa etməyə çağırırıq", - o deyib.

Zaxarovanın sözlərinə görə, bir tərəf üçün güzəştlər əldə etməyə çalışan və digərinin ünvanına təhdidlər yağdıran Aİ və ABŞ-dən fərqli olaraq, Rusiya daima mövcud fikir ayrılıqlarının Cənubi Qafqazda sülhü və tərəqqini bərpa etməklə kompleks və kompromisli həllinə tərəfdar olub.

"Təkliflərimiz danışıqlar masasının üzərində qalır", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti