...

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi Xəzəryanı ölkələrin milli siyasətlərinin prioritetləri sırasına daxildir - Umayra Tağıyeva

Siyasət Materials 4 Aprel 2024 10:40 (UTC +04:00)
Xəzər dənizinin ətraf mühitinin mühafizəsi Xəzəryanı ölkələrin milli siyasətlərinin prioritetləri sırasına daxildir - Umayra Tağıyeva
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizi planetimizin unikal su obyekti olmaqla, qlobal əhəmiyyətli və sahilyanı dövlətlərin xalqları üçün dəyər kəsb edən zəngin təbii sərvətləri ilə tanınır.

Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavin Umayra Tağıyeva Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə deyib.

"Xəzər dənizi planetimizin unikal su obyekti olmaqla, qlobal əhəmiyyətli və sahilyanı dövlətlərin xalqları üçün dəyər kəsb edən zəngin təbii sərvətləri ilə tanınır. Hazırda Xəzər dənizi həll olunmamış ekoloji problemlərin mənfi təsirləri ilə əlaqədar bir sıra problemlərlə üzləşir. Bioresursların tükənməsi, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin uzunmüddətli azalması dəniz ekosistemlərinin deqradasiyasına səbəb olur", - o deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətləri arasında yer alır.

Qeyd edək ki, bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü keçirilir.

Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti