Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, sənədin 2-ci və 4-cü hissələri ləğv edilib.
Bununla qurumun Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.