...

Qırğızıstan prezidenti Azərbaycana dövlət səfəri edəcək

Siyasət Materials 9 Aprel 2024 12:30 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan prezidenti Sadır Japarov 24-25 aprel tarixlərində Azərbaycana dövlət səfəri edəcək.

Bu barədə Trend-ə Qırğızıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən qeyd olunub ki, 23-26 aprel tarixlərində Bakıda Qırğızıstan Mədəniyyət günləri keçiriləcək.

Qırğızıstan prezidetinin səfər proqramı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sadır Japarovun Azərbaycana öncəki səfəri 2023-cü il noyabrın 23-24-də baş tutub. Qırğızıstan prezidenti BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) dövlət başçılarının sammitində iştirak etmək üçün Azərbaycana səfər etmişdi.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti