...

Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir - İran XİN

Siyasət Materials 9 Aprel 2024 22:34 (UTC +04:00)
Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir - İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hesab edir ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

N.Kənani Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb:

"İqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında, iqtisadi inkişafda səmərəli rol oynayır, və bu baxımdan mübahisələrin sülh yolu ilə həlli üçün regional strukturların, o cümlədən "3+3" məşvərət mexanizminin potensialından istifadə etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti