...

Ceyhun Bayramov Şavkat Mirziyoyevlə iki ölkə arasında əməkdaşlığı müzakirə edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 15 Aprel 2024 20:51 (UTC +04:00)
Ceyhun Bayramov Şavkat Mirziyoyevlə iki ölkə arasında əməkdaşlığı müzakirə edib (FOTO) (YENİLƏNİB)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

15 aprel 2024-cü il tarixində Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakterə malik olduğunu bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

xxx

19:55

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Trend xəbər verir ki, tərəflər Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Görüşdə həmçinin, əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti