...

Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilir - Lavrov

Siyasət Materials 19 Aprel 2024 15:40 (UTC +04:00)
Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilir - Lavrov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası NATO missiyasına çevrilir.

Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2022-ci ildə İrəvanda sammitdə Ermənistana əlavə silah verilməsi, təlim keçirməsi və missiya yerləşdirməsi barədə sənədi tam razılaşdırdığı faktdır. Hamı, o cümlədən Ermənistan tərəfi sənədi nəzərədən keçirdi. Səhər isə baş nazir Paşinyan sammitin açılışında konsensus əldə olunmadığını bildirib. Lakin Ermənistan cəmiyyətində Aİ missiyası ilə bağlı konsensus əldə olundu. İki ay müddətinə vəd edilən missiya indi artıq müddətsiz olub. Artıq orada kanadalılar, digər NATO üzvləri də qoşulmaq istəyir. Bu artıq Aİ missiyası deyil, NATO missiyasıdır", - o deyib.

Xatırladaq ki, Aİ-nin Ermənistandakı monitorinq missiyası 2023-cü ilin yanvar ayında fəaliyyətə başlayıb. İlkin olaraq gələn əməkdaşların sayı 100 nəfər idi. Lakin dekabrın 11-də onların sayını 209 nəfərə qədər artırmaq barədə qərar qəbul olunub.

Aprel ayında Ermənistanın baş naziri Nikol Paşinyan "Aİ müşahidə missiyasının çox vacib olduğunu" və ya guya Azərbaycanla sərhəddəki vəziyyətə dair "obyektiv" məlumat verdiyini bildirib. Paşinyan həmçinin, missiyanın müddətini uzatmağı təklif edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti