...

Erməni cəmiyyətində azərbaycanlılar barəsində mənfi fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq - Ayaz Salayev "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 23 Aprel 2024 11:23 (UTC +04:00)
Erməni cəmiyyətində azərbaycanlılar barəsində mənfi fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq - Ayaz Salayev "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Trend xəbər verir ki, verilişin qonağı azərbaycanlı kinorejissor Ayaz Salayev olub.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən danışan A.Salayev hazırda problemin yalnız ideologiyada olduğunu qeyd edib.

Onun fikrincə, indiyədək ermənilərin ictimai təfəkküründə, sadə insanlarda azərbaycanlılar barəsində mənfi fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq.

"Professor Preobrajenskinin (Mixail Bulqakovun povestinin qəhrəmanı) dediyi kimi, bərbadlıq beyinlərdədir. Bu aradan qaldırılmadığı müddətcə heç nə olmayacaq", - o deyib.

Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti