...

Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da möhkəmlənəcək - Tokayev

Siyasət Materials 25 May 2024 11:07 (UTC +04:00)
Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da möhkəmlənəcək - Tokayev

Bakı. Trend:

Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər.

Trend xəbər verir ki, bu, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevə 28 May Müstəqillik günü münasibətilə ünvanladığı təbrikdə əksini tapıb.

“Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcək”, - deyə Kasım-Jomart Tokayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti