...

Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Siyasət Materials 17 İyul 2024 00:01 (UTC +04:00)
Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun dəvəti əsasında Minsk şəhərinə işgüzar səfərə gedib.

Nazirlikdən Trend-ə bildirilib ki, səfər çərçivəsində nazir Vüqar Mustafayev Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb və iki dost ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazirliyin nümayəndə heyətinin bir sıra müəssisələrin istehsalat prosesi ilə tanış olması da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti