...

ABŞ Azərbaycan-Ermənistan sülh təşəbbüslərini möhkəm şəkildə dəstəkləyir.

Siyasət Materials 31 İyul 2024 00:58 (UTC +04:00)

Bakı. Trend:

Biz Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə həyata keçirdiyi sülh təşəbbüslərini güclü şəkildə dəstəkləyirik.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" mövzusunda keçirilən dinləmələrdə bildirib.

O'Brayn qeyd edib ki, Rusiya sülhün təmin olunmamasına çalışır və orada baş verən hər şeyin öz şərtləri əsasında reallaşmasını istəyir. “Düşünürəm ki, hər iki ölkə, yəni Azərbaycan və Ermənistan, Rusiya iştirakından müəyyən qədər məyusdur. Biz sülh istəklərinin razılaşmada özünü göstərməsi üçün çox çalışırıq. Sülh sazişinin nə qədər vacib olduğunu vurğulamaq istəyirəm. Xəritəyə baxın, Mərkəzi Asiya ölkələri olduqca zəngindir, lakin onların qlobal bazarlara çıxış yolları əsasən Rusiya və Çindən keçir. Azərbaycan və Ermənistandan keçən marşrutlar açılsa, bu ölkələrin qlobal bazarlara çıxışı təmin ediləcək və Rusiya ilə Çindən asılılıq azalacaq. Bu, ölkələrə qlobal bazarlara çıxmaq üçün daha çox imkan verəcək”, - deyə O'Brayn əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti