...

Parlament seçkiləri Azərbaycanın siyasi sisteminin təkmil olduğunu nümayiş etdirir - İqor Korotçenko

Siyasət Materials 14 Avqust 2024 17:17 (UTC +04:00)
Parlament seçkiləri Azərbaycanın siyasi sisteminin təkmil olduğunu nümayiş etdirir - İqor Korotçenko
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir halda parlament seçkiləri hər bir ölkənin həyatı üçün mühüm rol oynayır. Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycanın siyasi sisteminin təkmilliyini, səmərəliliyini bir daha nümayiş etdirir.

Trend xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpasından sonra bir sıra xarici dairələr regiondakı vəziyyətə maksimum müdaxilə etməyə və mənfi təsir göstərməyə çalışırlar.

“Ona görə də Azərbaycanın siyasi sisteminin sabitliyi bir nömrəli məsələdir. Prezident seçkilərindən sonra parlament seçkilərinin keçirilməsi isə sabitliyin lazımi elementlərini təmin edəcək və Azərbaycanın inamlı irəliləyişini təmin edəcək. Eyni zamanda seçkilərin daha bir əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçkilər keçiriləcək”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti