...

Azərbaycan Silahlı Qüvvələrinin texnoloji inqilabı İsveçrə ordusu üçün nümunə ola bilər - Aargauer Zeitung

Siyasət Materials 11 Sentyabr 2024 13:30 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin texnoloji inqilabı İsveçrə ordusu üçün nümunə ola bilər - Aargauer Zeitung
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin texnoloji inqilabı İsveçrə ordusunun gələcək təchizatı ilə bağlı müzakirələrdə rol oynamalıdır.

Trend xəbər verir ki, bu barədə İsveçrənin “Aargauer Zeitung” nəşrində dərc olunmuş məqalədə bildirilir.

"2020-ci ilin payızında Azərbaycan Ermənistan üzərində hərbi qələbə qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin son 25 ildə keçirdiyi inqilabi dəyişikliklər və müasirləşmə diqqətə layiqdir və İsveçrə ordusu üçün nümunə ola bilər", - məqalədə qeyd edilir.

Müəlliflər vurğulayırlar ki, 2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərin köməyi ilə qazanılmış ilk müharibə olub. "Bu, pilotsuz və intellektual müharibə modelinin inkişafın xəbərçisidir", - Aargauer Zeitung.

Nəşr qeyd edir ki, Bakı, yeni pilotsuz uçuş aparatlarına (PUA) - Türkiyənin Bayraktar TB2 və İsrailin Harop kimi modellərinə, həmçinin raket və artilleriyaya onlarla milyard dollar sərmayə qoyub.

"Harop, hazırda geniş şəkildə 'kamikadze dronları' olaraq tanınan 'uçan sursatların' ilk modellərindən biri olub. Bu PUA döyüş meydanında saatlarla dövr edə bilir, müşahidə aparır; hədəf tapıldıqda, o, ölümcül başlığı aşağıya atır. Hədəf tapılmasa, Harop öz bazasına geri dönür", - müəlliflər yazır.

Müəlliflər vuröulayır ki, 2020-ci ilin sentyabr ayının sonuna qədər Azərbaycan öz hərbi doktrinasını PUA-lardan istifadəyə tam uyğunlaşdırılıb.

"Erməni mövqeləri idarə olunan raketlər üçün asan hədəfə çevrildi. Müdafiə qurğularını məhv etdikdən sonra, azərbaycanlılar PUA-larını və sursatlarını komanda məntəqələrinin, artilleriyanın, tankların, zirehli maşınların, təchizat avtomobillərinin və piyadaların sistematik şəkildə məhv edilməsi üçün istifadə etdilər", - məqalədə bildirilir.

Müəlliflər qeyd edir ki, Con Antal ikinci Qarabağ müharibəsindən əldə olunan dərslərə əsaslanaraq ABŞ Silahlı Qüvvələrinin belə yenidən strukturlaşdırılmasını dəstəkləyir. "Sürət müharibədə ən mühüm silah olacaq" - onun əsas tezislərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti