...

Azad edilmiş ərazilərə tökülən tullantılarla bağlı tədbirlər planı hazırlanıb - Mehman Nəbiyev

Siyasət Materials 12 Sentyabr 2024 11:37 (UTC +04:00)
Azad edilmiş ərazilərə tökülən tullantılarla bağlı tədbirlər planı hazırlanıb - Mehman Nəbiyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərə tökülən tullantılarla bağlı ayrıca tədbirlər planı hazırlamışıq.

Trend xəbər verir ki, bunu “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”nun zəruri əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ictimai müzakirədə Ekologiya və Təbii Sərvətlər Nazliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, 2021-ci ildən ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə tullantıların idarə olunması ilə bağlı xüsusi komissiya yaradılıb.

“Ən böyük tullantı tikinti tullantılarıdır. Hazırda özəl sektor azad edilmiş ərazilərdə tikinti tullantılarının təkrar emalını həyata keçirir. Bu, gələcəkdə bütün azad edilmiş ərazilərdə tətbiq ediləcək. Həmin tullantılar həm də yanğın təhlükəsi yaradır. Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi Təmiz Şəhər ASC-yə həvalə olunub”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti