...

Azərbaycan təhdidlərə istənilən cavabı verməyə hazırdır - Türkiyəli general

Siyasət Materials 24 Sentyabr 2024 14:04 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir ölkəni ayaqda saxlayan, onu yaşadan milli güc ünsürləri vardı. Bu ünsürlərdən biri də hərbi gücdür.

Bu barədə Trend-in suallarını cavablayarkən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, əgər güclü bir ordunuz olmasa müstəqilliyinizi və ölkəni xarici təhdidlərə qarşı qoruya bilməzsiniz.

"Ötən gün Prezident İlham Əliyev Milli Məclisdə öz nitqində bunu bildirdi ki, "Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən, 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik".

Güclü bir Azərbaycan üçün güclü ordu lazımdır. Güclü orduya sahib olmaq üçünsə siyasi və hərbi aktorlar var. Azərbaycanın qələbəsini həzm edə bilməyən xarici dairələr ona qarşı yeni planlar hazırlayır. Fransa və digər Qərb ölkələrinin Ermənistana hərbi yardım göstərir, onu silahlandırır.

Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Azərbaycan qarşıdan gələn təhdidlər üçün lazımi gücə sahibdir. İstənilən cavabı verməyə hazırdır və hər zaman buna hazır olmalıyıq.

Əgər Azərbaycana real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək böyük çətinlik yaratmayacaq. Bu, Ermənistan və havadarlarına verilən son mesajdır. Azərbaycanın dəmir yumruğu havadadır. Heç kəs Azərbaycanın səbrini sınamamalıdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti