...

Azərbaycan XİN rəhbəri TDT-yə sədrlikdə Qırğızıstana uğur arzulayıb (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 25 Sentyabr 2024 19:34 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri TDT-yə sədrlikdə Qırğızıstana uğur arzulayıb (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, nazir iclasda çıxış edib. O, üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın inkişafından, habelə təşkilatın əsas nailiyyətlərindən danışıb.

C.Bayramov iclasda qardaş ölkələrdən olan həmkarları ilə görüşməkdən məmnun olduğunu deyib:

“Təşkilatımızın nailiyyətləri və türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsi hədsiz qürur hissi doğurur. Qardaş Qazaxıstana təşkilata əla sədrlik etdiyinə görə minnətdarlığımızı bildirir və qardaş Qırğızıstana bu məsuliyyətli vəzifəni öhdəsinə götürməsində uğurlar arzulayırıq”.

xxx

17:17

Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sosial media hesabında paylaşım edib.

İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri və TDT Baş Katibi Kubanıçbek Ömüraliyev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti