...

Ceyhun Bayramov ABŞ prezidenti ilə görüşüb

Siyasət Materials 26 Sentyabr 2024 22:21 (UTC +04:00)
Ceyhun Bayramov ABŞ prezidenti ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ prezidenti Co Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

Trend xəbər verir ki, bu haqda Ceyhun Bayramov öz “X” hesabında məlumat verib.

Məlumatda həmçinin qəbulun Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti