...

Qərbin Gürcüstanda təsirini artırma cəhdləri vəziyyəti daha da gərginləşdirə bilər - RƏY

Siyasət Materials 3 Dekabr 2024 16:57 (UTC +04:00)
Qərbin Gürcüstanda təsirini artırma cəhdləri vəziyyəti daha da gərginləşdirə bilər - RƏY
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstanda hazırda çox qarışıq bir dövr yaşanır. Gürcüstanın gələcəyi və suverenliyi regiondakı təhlükəsizlik vəziyyəti ilə sıx bağlıdır və müxtəlif xarici qüvvələrin təsirini dərk etmək çox vacibdir.

Bunu Trend-ə açıqlamasında politoloq Rüfət Hüseynli bildirib.

O qeyd edib ki, Ukrayna 2014-cü ildən bəri Qərbin dəstəyi ilə müharibəyə sürüklənib və bu müharibə ölkənin həm daxili, həm də xarici siyasətini dərindən dəyişdirib.

"Gürcüstan üçün də oxşar ssenarilər mümkündür. Bu münaqişələr və mövcud gərginliklər Gürcüstanın suverenliyini təhdid edən və ölkənin demokratik inkişafını ləngidən vəziyyətlər yarada bilər. Gürcü xalqı öz ölkəsinin gələcəyini və müstəqilliyini qorumaq üçün müdriklik nümayiş etdirməlidir.

Ən böyük çağırış xarici qüvvələrin ölkənin daxili işlərinə qarışmasının qarşısını təsirli şəkildə almaqdır. Bu, Gürcüstanın bir tərəfdən demokratik və iqtisadi inkişafını təmin etməyə çalışarkən, digər tərəfdən də xarici təzyiqlərə qarşı güclü bir müstəqillik mövqeyi tutması deməkdir.

Gürcü xalqı müstəqilliyini qorumaq üçün əvvəlcə öz daxilində vahid və güclü bir iradə nümayiş etdirməlidir. Bu, həm də daxili siyasi sabitlik və ölkənin sosial, iqtisadi inkişafı ilə əlaqədardır. Müxalifət partiyaları və hökumət hər iki tərəfdən gələn təzyiqlərə qarşı açıq müzakirə və dialoq yolu ilə bir həll tapmağa çalışmalıdır.

Qərbin Gürcüstanda daha böyük bir təsir yaratmaq cəhdləri, bir tərəfdən demokratiya və hüquqların inkişafına yönəlmiş olsa da, digər tərəfdən təzyiq vasitəsi kimi də istifadə edilə bilər. Gürcüstan çoxsaylı xarici təsirlərə qarşı daha diqqətli yanaşmalıdır".

Politoloq Fuad Məmmədov isə bildirib ki, Gürcüstandakı sabitlik Cənubi Qafqazın ümumi sabitliyi baxımından çox vacibdir:

"Gürcüstanın qeyri-sabitliyə sürüklənməsi, yalnız bu ölkənin deyil, ümumilikdə region üçün yaxşı deyil. Qərbin Gürcüstanda təsirini artırma cəhdləri vəziyyəti daha da gərginləşdirə bilər.

Gürcüstanın siyasi gələcəyi, xalqının müdrikliyi və həm daxili, həm də xarici siyasi müstəvidəki doğru qərarlarla müəyyən ediləcək. Xarici qüvvələrin Gürcüstanın daxili işlərinə müdaxiləsini minimuma endirmək və öz müstəqilliyini qorumaq, ölkə üçün əsas prioritet olmalıdır. Bu, yalnız Gürcüstanın deyil, bütövlükdə regionun sabitliyi üçün vacibdir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti