Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Trend xəbər verir ki, yenilənmiş qanuna əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:
1.1. 28.6-cı və 28.7-ci maddələr ləğv edilir;
1.2. 38.7-ci maddədən “nikaha girdiyi və” və “digər” sözləri çıxarılır.
Maddə 2. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 920 (Cild I) 3.2.3-cü maddəsindən “və nikah” sözləri çıxarılır.
Maddə 3. Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.