...

Cəzaçəkmə müəssisələrindəki xəstə şəxslərin əfv olunması ilə bağlı məsələyə baxılmalıdır - Deputat

Siyasət Materials 3 Mart 2025 11:44 (UTC +04:00)
Cəzaçəkmə müəssisələrindəki xəstə şəxslərin əfv olunması ilə bağlı məsələyə baxılmalıdır - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşlı, xəstə məhkumların əfvini təklif edirəm. Məruzədə 65 yaşdan yuxarı və 25 ildən çox cəza çəkən şəxslərin əfvi məsələsinə toxunulsa, yaxşı olardı. Cəzaçəkmə müəssisələrindəki xəstə şəxslərin əfv olunması ilə bağlı məsələyə baxılmalıdır. Onların cəzaçəkmə müəssisəsində canını tapşırmasındansa, öz ailəsinin yanımda canını tapşırması yaxşı olardı”.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev komitənin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı deyib.

Millət vəkili deyib ki, tibbi sığorta ilə vətəndaşlara tətbiq edilən bütün imtiyazlar cəzaçəkən şəxslərə də aid edilsin.

Naqif Həmzəyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə atılan raketlər nəticəsində evlərinə ziyan dəyən insanların böyük əksəriyyətinin problemi həll edilib:

“Amma bəzi ailələrin problemi qalıb. Evinin sənədləri Müdafiə Nazirliyinə aid olan ailələr var ki, dövlət tərəfindən vəsait ayrılsa da, onların evi tikilib təhvil verilmir. Bu məsələni Ombudsman nəzarətə götürə bilər. Dövlət pul ayırıb, amma pul xərclənə bilmir”.

Komitə üzvü qərb bölgəsində tikintisi həyata keçirilən cəzaçəkmə müəssisələrinin də tezliklə istifadəyə verilməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti