Bakı. Trend:
Türkiyənin Bakıdakı səfirliyi, Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olan Azərbaycan hərbi qulluqçuları ilə əlaqədar başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.
“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.
Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – mətndə qeyd olunub.