...

Qarabağ Universitetinin böyük hədəfləri və planları var - Fariz İsmayılzadə

Siyasət Materials 8 Aprel 2025 12:20 (UTC +04:00)
Qarabağ Universitetinin böyük hədəfləri və planları var - Fariz İsmayılzadə
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

7-ci ADA siyasi forumunda iştirak etmək üçün Füzuli Beynəlxalq Hava Limanından Xankəndiyədək yolda siz bir sıra dağıntıları gördünüz. Lakin bununla yanaşı, Azərbaycanın burada apardığı quruculuq işlərinin də şahidi oldunuz. Azərbaycan Qarabağda quruculuq işlərini davamlı olaraq aparmaqla regionda sülhə töhfə verir.

Trend xəbər verir ki, bu sözləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.

Fariz İsmayılzadə iştirakçılara Xankəndi barədə məlumat verib. Bildirib ki, “Xankəndi – Xanın kəndi” mənasını verir.

“Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulub və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən burada böyük şəhər yaradılıb”, - deyə o əlavə edib.

ADA Forumunun artıq 7-ci ildir keçirildiyini vurğulayan Fariz İsmayılzadə qeyd edib: “Biz bu forumu ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirirdik. Bu il isə bizim yeni tərəfdaşımız var və bu, Qarabağ Universitetidir. Bu universitet bütün Azərbaycanın qürur mənbəyidir. Bu təhsil ocağının böyük hədəfləri və planları var. Onlara bu yolda böyük uğurlar arzulayırıq”, - deyə F.İsmayılzadə diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti