...

7-ci ADA Siyasi Forumunun Xankəndidə keçirilməsindən qürur duyuruq - Fariz İsmayılzadə

Siyasət Materials 8 Aprel 2025 15:05 (UTC +04:00)
7-ci ADA Siyasi Forumunun Xankəndidə keçirilməsindən qürur duyuruq - Fariz İsmayılzadə
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Xankəndi. Trend:

7-ci ADA Siyasi Forumunun Xankəndidə keçirilməsindən qürur duyuruq.

Trend xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.

O, hazırkı forumun xüsusi əhəmiyyətini qeyd edərək, onun təşkilində tərəfdaşlığın genişləndirilməsini vurğulayıb.

"Biz, adətən, bu forumu ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə əməkdaşlıq çərçivəsində keçiririk. Lakin bu il biz fəxr edirik ki, Qarabağ Universiteti bizə qoşulub və bu gün Xankəndidə bizi qəbul edir. Bu, regionun inteqrasiyası və bərpası istiqamətində mühüm addımdır", - o bildirib.

Onun sözlərinə görə, forum iştirakçıları işğalın geridə qoyduğu dağıntıların miqyasını şəxsən gördülər:

"Xankəndidə siz çox sayda dağıdılmış obyektləri, infrastrukturu gördünüz. Forumda Azərbaycanın yaşayış məntəqələrinin işğalı, dağıdılması və talan edilməsi dövrü, eləcə də, mövcud genişmiqyaslı yenidənqurma və əhalinin geri qaytarılması siyasəti ilə bağlı xüsusi təqdimat keçiriləcək".

Fariz İsmayılzadə əlavə edib ki, iki gün ərzində iştirakçılar dörd panel sessiyada beynəlxalq çağırışları və regional perspektivləri müzakirə edəcəklər.

"Bizi zəngin müzakirələr və maraqlı təqdimatlar gözləyir. Əminəm ki, bu forum fikir mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcək", - F.İsmayılzadə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti