...

Azərbaycan və Belarus hökumətləri arasında traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb

Siyasət Materials 5 May 2025 15:31 (UTC +04:00)
Azərbaycan və Belarus hökumətləri arasında traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalanıb.

Trend xəbər verir ki, Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu arasında traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandumu Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar.

Bununla yanaşı, Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti