...

Azərbaycanın Afrikadakı diplomatik təmsilçiliyinin əhatə dairəsinin genişləndirilməsi müzakirədədir – Nazir müavini

Siyasət Materials 14 May 2025 17:40 (UTC +04:00)
Azərbaycanın Afrikadakı diplomatik təmsilçiliyinin əhatə dairəsinin genişləndirilməsi müzakirədədir – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində nümayiş etdirdiyi fəallıq, Qlobal Cənub ölkələrinin, kiçik ada dövlətlərinin səsinin dünyada daha çox eşidilməsi istiqamətində atdığı addımlar mühüm əhəmiyyət kəsb edir. Bu, öz növbəsində Azərbaycanın nüfuzunun Qlobal Cənub və Afrikada yüksəlməsinə gətirib çıxarır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov komitənin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Zimbabve rəsmiləri Azərbaycanın inkişaf modelini çox təqdir edirlər:

“Onlar bu sistemin öz ölkələrində tətbiq etmək aruzusundadırlar. Onlar bir çox sahələrdə Zimbabve ilə Azərbaycanın əməkdaşlıq perspektivlərini önə çəkirlər. Gələcəkdə Afrika istiqamətində hər hansı strategiyanın, iş planının müəyyənləşdirilməsi nəzərdə tutulurmu? Qitənin cənubunu birləşdirən 15-dək dövlət Cənubi Afrika İnkişaf Təşkilatı adı altında birləşiblər. Bu 15 ölkə ilə əlaqələrin inkişaf etidirilməsi nəticəsində qitənin cənubuna giriş imkanı əldə etmək mümkündür. Afrikanın beyin mərzkəzləri ilə təmasların və gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi zəruridir. Afrika qitəsinin cənub bölgəsindədiplomatik təmsilçiliyin də genişləndirilməsi əhəmiyyətlidir”.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev onun sualına cavabında deyib ki, ilin sonunadək Nigeriya, Zimbabve, Cənubi Afrika Respublikası və Konqo Respublikası ilə siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

“Bu istiqamətdə kifayət qədər fəallıq yaranıb. Bu COP-dan sonrakı dövrdə ortaya çıxan reallıqlar, Afrika qitəsinin də Azərbaycana olan böyük marağından irəli gəlir. Bunun da təməlində Azərbaycanın bu regiona yanaşması, ədalətli mövqeyi dayanır. Afrika liderləri Azərbaycana səfərlər edib, bəzilərinin səfəri planlaşdırılır. Afrikaya münasibətdə bir sistemli yanaşma var. Eyni zamanda diplomatik təmsilçiliyin əhatə dairəsinin genişləndirilməsi məsələsi də müzakirədədir. Ümid edirik ki, bu məsələ də yaxın vaxtlarda öz həllini tapmış olacaq”, - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti