...

İran Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını istəyir – Araqçi

Siyasət Materials 17 May 2025 16:30 (UTC +04:00)
İran Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını istəyir – Araqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını istəyir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (17 may) Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.

Onun sözlərinə görə, İranın Azərbaycan və Ermənistanla yaxşı münasibətləri var. İran iki ölkə arasında sülh sazişini regional stabilliyin təsbit olunması və hərtərəfli inkişaf prosesinə kömək hesab edir.

Araqçi deyib ki, İran bu sənədin imzalanması və icra olunması prosesinin sürətləndirilməsinə kömək məqsədilə heç bir səyini əsirgəməyəcək.

Qeyd edək ki, İran tərəfi Cənubi Qafqazda stabilliyin xarici müdaxilələr olmadan region ölkələri tərəfindən təmin olunmasını bildirir. İran dəfələrlə qeyd edib ki, iki ölkə arasında danışıqların irəliləməsinə istənilən köməyi etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti