...

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Siyasət Materials 22 May 2025 16:24 (UTC +04:00)
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Mərkəzi Seçki Komissiyası aparılan müzakirələrin ardınca 42 saylı Sumqayıt birinci, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 58 saylı Xaçmaz kənd, 62 saylı Kürdəmir, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti