Bakı.Trend:
Müstəmləkəçilər Burundidə mövcud olan mədəniyyəti dağıtdılar. Onlar yerli idarəetmə sistemini məhv edib, onun yerinə öz idarəetmələrini gətirdilər.
Trend xəbər verir ki, bu fikirləri "İnteqrasiya, Qonşuluq və Bərabərlik" təşkilatının təsisçisi Burundili siyasi şərhçi Nibizi Jan-Meri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Jan-Meri bildirib ki, müstəmləkəçilər Burundidə ana dilini də məhv ediblər:
“Təhsil sistemində fransız dili zorla tətbiq olundu. Yalnız müstəqillik əldə edildikdən sonra Burundi öz təhsil sistemini dəyişərək milli dili olan burundi dilini yenidən bərpa edə bildi”.
Siyasi şərhçi vurğulayıb ki, müstəmləkəçilər, həmçinin insanların adlarını dəyişdirirdilər:
“Müstəmləkə dövründən əvvəl burundililərin fransız adları yox idi. Məhz müstəmləkə dövründə insanlara xaç suyuna salınma adı altında fransız adları verildi. Ardınca din vasitəsilə bu proses daha da dərinləşdirildi. Beləliklə, onlar xalqın mədəniyyətini və müdrikliyini də məhv etdilər”.
 
                                     
                            