...

"İCTİMAİ LİDERLƏR" BİRLİYİ SEÇKİDƏ QHT-RƏ QOYULAN QADAĞALARIN GÖTÜRÜLMƏSİNİ TƏLƏB EDİR

Siyasət Materials 21 İyun 2005 13:25 (UTC +04:00)

İctimai liderlər" birliyi Seçki məcəlləsinə və QHT haqqında qanuna dəyişikliklərlə bağlı QHT-rin təqdim etdikləri təkliflərə rəsmi qurumların etinadsızlığına etirazları ilə bağlı mətbuat konfransı keçiriblər. Trend xəbər verir ki, iyunun 21-də BMM-də keçirilən toplantıda "İctitmai liderlər" birliyinin üzvləri onların seçki ilə bağlı təkliflərinin nəzərə alınmamasına etirazlarını bildiriblər.

Birliyin üzvü, Milli QHT forumunun prezidenti Azay Quliyev bildirib ki, QHT-rin seçkidə müşahidəçiliyinə şərait yaradılması onların Exitpoll (alternativ müşahidəni) təşkiletmələri, seçki komissiyalarında QHT-rin bitərəf şəxslər kimi təmsil olunması təklifləri qəbul edilmir. A.Quliyevin sözlərinə görə, hətta Avropa Şurası Venesiya komissiyası da "İctimai liderlər" birliyyinin təkliflərinin yalnız bir hissəsini gündəmə gətirdi. Üçüncü sektorun seçkidə xarici qrantlara görə, müşahidəciliyinə qadağa qoyulması əhəmiyyətsizdir, çünki ölkədə elə bir QHT yoxdur ki, xarici donordan maliyyələşməsin.

"İctimai liderlər" birliyinin üzvü Eldar İsmaylov bildirib ki, QHT-rə qoyulan məhdudiyyətlərin seçki ərəfəsində aradan götürüləcəyi şübhəsizdir. Lakin onun fikrincə bu düzəliş ölkə ictimaiyyyətinin, yerli QHT-rin deyil, beynəlxalq qurumların təkidləri ilə ediləcək. Bu isə dövlətimiz və xalqımız üçün aşağlayacı, yəni təhqiredici və yolverilməzdir. Birliyin digər üzvü Aydın Kərimova deyib ki, seçkidə müşahiədəçiliyi tələb edən QHT-rin hec birinin nizamnamə kapitalının 30% xarici qurumlardan gələn gəlirlər əsasında formalaşmayıb. Buna görə də, bu qadağaların əsası yoxdur və müşahidəyə qoyulan məhdudiyyətlər demokratik prinsiplərə ziddir. Hüquqşünas İsaxan Aşurov bildirib ki, Avropa seçki komissyialarının paritet əsaslarla formalaşması prinsiplərini tanımır, əksinə bitərəf insanların təmsilçiliyini tövsiyə edir. "İctimai liderlər" birliyinin üzvü Sabit Bağırov qeyd edib ki, seçki komissiyaların formalaşmasında mütləq QHT-rin potensialından istifadə olunmalıdır, çünki üçüncü sektorun komissiyalarda təmsil olunması daha etibarlı seçkilərin keçirilməsinə zəmin yaradar.

Xəbər lenti

Xəbər lenti