...

SEL DAŞQINLARININ MÖVSÜMÜ BAŞA ÇATIB

Siyasət Materials 24 İyun 2005 12:24 (UTC +04:00)

Trend-i buradan izləyin

TƏFƏRRÜAT - AÇIQ

"2004 il iyunun 24-nə Minqəçevir su ambarının tutum səviyyəsi 81,3 metr olub. Bu il həmin rəqəm 82,50 metr qalxsa da, bu, hələ son hədd deyil",- deyə Minqəçevir SES-nin hidrotexniki sexin rəisi Zabil Gəfərov bölgə müxbirimizə bildirib.

Sex rəisi onu da bildirib ki, nəzarət rejimi son aylar gücləndirilir. Sexin hidroqurğular üzrə baxıcıları indi nəzarət prosesini daha əvvəlki kimi ayda 3 dəfə deyil, 5 dəfə həyata keçirirlər.

KİV-də səsləndirən qeyri dəqiq məlumatlara cavab olaraq, sex rəisi bildirib ki, su ambarında suyun səviyyəsi son həddə - 83, 40 metrə çatsa belə, bənd həmin səviyyəni 1 ay müddətinə saxlamanq imkanına malikdir. Üstəlik nəzərə alsaq ki, qarşıdan isti yay günləri gəlır, deməli həyacan təbili çalmağa ehtiyac qalmır. Həm də dağlarda qar əriməsi, Alazan çayının sel daşqınlarını gətirməsi mövsumü başa çatıb. Hazırda Alazan çayından saniyədə 169, Yenikənd SES-dən isə 464 m3 su ambara daxil olur. Varvara SES-dən isə Xəzər dənizinə saniyədə 500 m3su axıdılır.

Qeyd edək ki, iyunun 13-dən 21-dək su ambarının ehtiyat kanallarından saniyədə 350 m3 su axıdılaraq, ambarın səviyyəsi nəzarət altında saxlanılıb.

Təbiətin şıltaqlığı, havaların qeyri-sabit keçməsi nəticəsində leysan yağışlarının yağma ehtimalı ilə əlaqədar, Minqəçevir su ambarında nəzarət gücləndirilib. "Daha suyun səviyyəsi barədə narahat olmağa dəyməz", - deyə sex rəisi bildirib.

,

Xəbər lenti

Xəbər lenti