...

"ELMAR HÜSEYNOV FONDU" DÖVLƏT QEYDİYYATINA ALINDI

Siyasət Materials 7 İyul 2005 17:38 (UTC +04:00)

"Elmar Hüseynov Fondu" Ədliyyə Nazirliyində dövlət qeydi yatından keçdi. Bu barədə Trend ə Fondun təsisçilərindən olan Şahbaz Xuduoğlu məlumat verib. O, bildirib ki, mərhum Elmar Hüseynovun xanımı Ruşaniyə Hüseynova iyulun 6-da Ədliyyə Nazirliyinə çağırılıb. Ədliyyə nazirinin müavini ilə görüşdə "Elmar Hüseynov Fondu"nun qeydiyyat sənədləri Ruşaniyə Hüseynovaya təqdim olunub.

Şahbaz Xuduoğlu bildirib ki, bundan sonra Fond rəsmən fəaliyyətə başlayacaq, onun bir sıra mövcud problemləri həll ediləcək. Əsasən Fondun yerləşəcəyi bir ofis tapılmalı, möhürü hazırlanmalı, bank hesabı təzələnməlidir. Ş.Xuduoğlunun sözlərinə görə, Fond tərəfindən "Elmar Hüseynov mükafatı" təsis ediləcək, yazılarına, fəaliyyətinə görə fərqlənən jurnalistlər bu mükafatla təltif ediləcəklər.

"Elmar Hüseynov Fondu" həmçinin jurnalistlərin sosial təminat məsələsini diqqətdə saxlayacaq. Fondun hesabına həyat səviyyəsi aşağı olan, imkansız jurnalistlərə maddi yardım göstərilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti