...

RAZİ NURULLAYEV: BİZDƏN SİYASİ MƏQSƏDLƏRİ ÜÇÜN YARARLANMAQ İSTƏYƏNLƏRƏ DƏ "YOX" DEYƏCƏYİK

Siyasət Materials 16 İyul 2005 14:42 (UTC +04:00)

"Yox" Hərəkatını dağıtmaq, fikir ayrılığı yaratmaq istəyən qüvvələr içərimizə daxil olmuşdular, amma niyyətlərinə çatmadılar". Bu fikirləri Trend ə açıqlamasında "Yox" Hərəkatının üzvü Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, təşkilata qoşulanlar arasında həm müxalifətin, həm də iqtidarın maraqlarına xidmət göstərməyə çalışanlar olub. "Biz nə iqtidara, nə də müxalifətə xidmət edirik. Qarşıya qoyduğumuz məqsədləri heç kəsin şəxsi maraqlarına qurban verməyəcəyik.

Biz bütün siyasi qüvvələrə bir daha bəyan edirik ki, heç kəs bizi öz tərəfinə çəkə və öz siyasi maraqlarına görə yararlana bilməyəcək. Bu fikrə düşən siyasi partiyaların, ayrı-ayrı şəxslərin özünə "yox" deyəcəyik"-deyə R.Nurullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti