...

MSK BİR SIRA DAİRƏ SEÇKİ KOMİSSİYALARINDA TRENİNQLƏR KEÇİRİB

Siyasət Materials 26 İyul 2005 12:43 (UTC +04:00)

İyulun 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) treninq qrupunun üzvləri 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü, 13 saylı Əzizbəyov birinci, 48 saylı Yevlax, 91 saylı Ucar, 44 saylı Sumqayıt - Abşeron, 59 saylı Salyan, 70 saylı Masallı şəhər və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriblər.

Bu barədə Trend ə MSK-dan məlumat verilib. Qeyd edək ki, iyulun 20-dən etibarən MSK-nın treninq qrupları aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. Treninqlər Seçki Məcəlləsinin və prezident İlham Əliyevin 11 may 2005-ci il tarixli sərəncamına əsasən həyata keçirilir.

Treninq proqramı seçici siyahıları ilə iş, məntəqə seçki komissiyası üzvlərinin hüquq və vəzifələri, seçki sənədlərinin mühafizəsi, seçki prosesində aşkarlığın təmin olunması, müşahidəçilərin hüquq və vəzifələri, KİI nümayəndələrinin maneəsiz fəaliyyəti üçün imkan yaradılması, səsvermə prosesi və prosedurlarının müfəssəl izahını əhatə edir. İnteraktiv treninqlər zamanı praktiki məşğələlərdən və əyani vəsaitlərdən, habelə təqdimat üçün lazım olacaq avadanlıqlardan istifadə olunması nəzərdə tutulur.

Səsvermə günü seçki məntəqəsinin açılışı, səsverməyə başlanılması və onun gedişində ortaya çıxa biləcək müstəsna hallar, səsvermədə iştirak etmək üçün tələb olunan müvafiq sənədlər, qeydiyyatdan çıxma vəsiqəsi, məhkəmənin qərarı ilə vətəndaşların seçicilər siyahısına əlavə edilməsi qaydası, seçki məntəqəsinin bağlanması, səslərin sayılması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması və s. məsələlər treninqlərin predmetinə daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti