...

"YENİ SİYASƏT" BLOKU SEÇKİLƏRƏ QATILACAQ 80 NAMİZƏDİNİ ARTIQ MÜƏYYƏNLƏŞDİRMİŞDİR

Siyasət Materials 26 İyul 2005 19:56 (UTC +04:00)

"Yeni Siyasət" ("YeS") seçki bloku parlament seçkilərinə qatılacaq 80 namizədini artıq müəyyənləşdirmişdir. Bu haqda "YeS" blokunun həmtəsisçilərindən olan Eldar Namazov Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, bu, "YeS" Koordinasiya Şurasının iyulun 26-da keçirilmiş iclasından sonra bəlli olmuşdur.

"İclasda ayrı-ayrı seçki dairələrindən parlament seçkilərinə qatılacaq blokun namizədlərini bir daha nəzərdən keçirdik. Müzakirələr zamanı belə qərara gəlindi ki, bəzi seçki dairələri üzrə "YeS"in namizədlərini irəli sürməyək.

Bu, əslində müxalifət düşərgəsindən seçkilərə qatılacaq digər blokların namizədlərinə bir növ güzəşt deməkdir. Hesab edirəm ki, yaxın vaxtlarda digər seçki dairələri üzrə namizədlərizi də müəyyənləşdirə biləcəyik",-deyə Eldar Namazov bildirmişdir.

O, bunula belə, iclasda seçkiyə "YeS" blokunun namizədi kimi qatılacaq Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun məsələsinin müzakirə olunmadığını bildirmişdir.

Xatırladaq ki, ASDP-nin həmsədri Ayaz Mütəllibov, eləcə də "Milli Birlik"Hərəkatının lideri Lalə-Şövkət Hacıyeva eyni dairədən- 17 saylı Yasamal(üçüncü) seçki dairəsinin namizədi kimi parlament seçkilərində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti