...

RİNO HARNİŞ: ABŞ AZƏRBAYCANDA HƏRBİ BAZALAR YERLƏŞDİRMƏK NİYYYƏTİNDƏ DEYİL

Siyasət Materials 5 Avqust 2005 19:57 (UTC +04:00)
RİNO HARNİŞ: ABŞ AZƏRBAYCANDA HƏRBİ BAZALAR YERLƏŞDİRMƏK NİYYYƏTİNDƏ DEYİL

ABŞ Azərbaycanda öz hərbi bazalarını yerləşdirmək niyyyətində deyil. Trend agentliyi bildirir ki, avqustun 5-də Sumqayıtda bu bəyanatla ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş çıxış edib.

ABŞ bazalarının Özbəkistandan Azərbaycana dislokasiyasının mümkünlüyü barədə sualı cavablandıran ABŞ səfiri qeyd edib ki, "hazırda Ağ Evin Azərbaycanda hərbi bazalar yerləşdirmək planı yoxdur".

Vaşinqtonun Azərbaycanda qarşıdakı parlament seçkiləri məsələsində mövqeyinə toxunan səfir qeyd edib ki, "ABŞ Azərbaycanın bütün siyasi qüvvələri ilə dostluq münasibətlərini dəstəkləyir və partiyalar arasında ayrı-seçkilik qoymur".

Amerika diplomatının sözlərinə görə, Ağ Ev Azərbaycanda demokratik institutların inkişafını dəstəkləməyə hazırdır. "Biz respublikada demokratik seçkilərin keçirilməsində maraqlıyıq və istəyirik ki, Azərbaycan Cənubi Qafqazda "demokratiya mənbəyi"nə çevrilsin"-deyə Amerika diplomatı bildirib.

Sonda ABŞ səfiri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri mövzusuna toxunub. "Azərbaycan XİN başçısı Pentaqonda, dövlət departamentində bir sıra görüşlər keçirib, eləcə də ABŞ qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə danışıqlar aparıb. Bu görüşlərdə iki əsas məsələyə toxunulub: terrorizmlə birgə mübarizə və Azərbaycanda demokratiyanın inkişafı"-deyə sonda səfir R. Harniş bildirib.

Xəbər lenti

Xəbər lenti