...

UKRAYNA PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ SENTYABRDAN TEZ BAŞ TUTMAYACAQ

Siyasət Materials 8 Avqust 2005 12:25 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana yayın sonuna planlaşdırılımş səfəri gərgin iş qrafiki ilə əlaqədar sentyabrdan tez baş tutmayacaq. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı işləri üzrə müvəqqəti müvəkkili İqor Kezima bildirib.

Onun sözlərinə görə, avqust ayı hər iki dövlət başçıları üçün fəal və gərgin olacaq. "MDB sammiti, Ukraynanın Müstəqillik günü və s. ilə əlaqədar səfərin vaxtı payız aylarına təyin olunub", - deyə diplomat qeyd edib.

İ.Kezima həmçinin onu da vurğulayıb ki, yaxın zamanlarda Ukraynanın Azərbaycandakı yeni səfiri məlum olacaq, bu məsələyə hələlik Ukraynanın XİN tərəfindən baxılır.

Xatırladaq ki, 2004-cü ilin noyabrından Ukraynanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmuş Anatoli Yurçenko avqustun ilk günlərində öz diplomatik missiyasını başa vuraraq Ukraynaya qayıdıb.

Xəbər lenti

Xəbər lenti