...

LATVİYA VƏ AZƏRBAYCAN MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Siyasət Materials 16 Avqust 2005 14:13 (UTC +04:00)

Azərbaycan və Latviyanın Müdafiə Nazirlikləri arasında hər iki ölkənin müdafiə sahəsində əməkdaşlığına dair saziş imzalanıb. Trend in məlumatına görə, sənəd AR müdafiə naziri Səfər Əbiyevin Lativiya rəsmi səfəri gedişində Riqada imzalanıb.

Azərbaycanlı həmkarı ilə görüş zamanı Latviyanın müdafiə naziri Eynars Repşe (Einars Repse) qeyd edib ki, Latviya NATO-nun üzvü olduqdan sonra Cənubi Qafqaz dövlətlərinə göstərdiyi yardımı gücləndirib və indi də Latviya və Azərbaycan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığı fəallaşdırmaq vaxtıdır. Repşe Azərbaycanın silahlı qüvvələrinə 2006-cı ildən başlayaraq Riqa yaxınlığında Adajidə (Adazi) istehkamçılar məktəbində və Liyepayada (Liepaja) Dalğıc məktəbində təlim keçməyi, həmçinin ikitərəfli əməkdaşlıq çərçivəsində hərbi-siyasi səviyyəli əlaqələr yaratmağı təklif edib.

E.Repşe bildirib ki, Latviya NATO ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsində maraqlıdır və Azərbaycan avroatlantik strukturlara inteqrasiyada Latviyanın dəstəyinə arxalana bilər.

"Latviya Azərbaycanın Kosovo, Əfqanıstan və İraqda keçirilən beynəlxalq əməliyyatlarda iştirakını yüksək qiymətləndirir, - deyə latviyalı nazir bildirib.

S.Əbiyev öz növbəsində Azərbaycanın Latviya ilə çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, E.Repşeni Azərbaycana dəvət edib.

Azərbaycanın müdafiə naziri Riqada həmçinnin Latviyanın Milli Silahlı qüvvələr komandanı Andrey Zeybots (Gaidis Andrejs Zeibots), seym sədri İnqrida Udre (İngrida Udre0, xarici işlər naziri Artis Pabriks (Artis Pabriks) və başqaları ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti