...

AZƏRBAYCANLA YUNESKO ARASINDA ƏMƏKDAŞLIQ DAHA SÜRƏTLİ TEMPLƏRLƏ İNKİŞAF EDƏCƏK

Siyasət Materials 24 Avqust 2005 12:58 (UTC +04:00)
AZƏRBAYCANLA YUNESKO ARASINDA ƏMƏKDAŞLIQ DAHA SÜRƏTLİ TEMPLƏRLƏ İNKİŞAF EDƏCƏK

"İnanıram ki, Azərbaycanla YUNESKO arasında əməkdaşlıq bundan sonra daha sürətli templərlə inkişaf edəcək". Trend in məlumatına görə, bu barədə avqustun 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koiçiro Matsuura ilə görüşdə bildirib.

O, rəhbərlik etdiyi fondun fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Mehriban Əliyevanın sözlərinə görə, bu fond valideyn qayğısından məhrum olmuş uşaqların, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin həyatlarının yaxşılaşdırılmasına yönəldilmiş bir sıra sosial proqramlar həyata keçirir. Onlar arasında talassemiya və diabetli xəstələrin uşaqlarına dövlət tərəfindən diqqət və qayğının artırılması üzrə proqramlar da var.

K.Matsuura Azərbaycana gəlişindən razı qaldığını və YUNESKO ilə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Daha sonra qonaq Heydər Əliyev Fondunun stendləri ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti