...

ALDP PREZİDENTƏ MÜRACİƏT EDƏCƏK

Siyasət Materials 24 Avqust 2005 17:58 (UTC +04:00)

"25 saylı Nizami seçki dairəsində indidən saxtakarlıqlara yol verilir. Buna da şərait yaradan Nizami rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir" Bu barədə Trend agentliyinə adıçəkilən dairədən namizədliyini verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məlumat verib.

Partiya sədrinin sözlərinə görə, YAP-ın seçki siyahısı üzrə 24 saylı Nizami seçki dairəsindən namizədliyi irəli sürülən İqtisadi İnkişaf Nazirliyinin Çek Auksion Mərkəzinin direktoru Ağəli Əhmədov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bacısının həyat yoldaşıdır: "Elə bu qohumluqdan irəli gəlib ki, imzatoplama kampaniyasında Ağəli Əhmədovun xeyrinə qanun pozuntuları ilə rastlaşdıq".

F.Əliyev bildirib ki, MİS işçiləri camaata boş imza vərəqələri paylayıb, "Azərittifaq"ın rəhbərliyi isə işçilərindən şəxsiyyət vəsiqələrini yığıb. Əgər icra başçısının yaxın qohumu öz namizədliyini bu rayondan irəli sürübsə hesab edirik ki, bu gələcəkdə baş verə biləcək qanun pozuntusunun ilk göstəricisidir: "Həmin rayonun icra başçısı istefaya getməlidir"

ALDP rəhbəri bununla bağlı prezident İlham Əliyevə və MSK rəhbərliyinə müraciət edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti