...

POPULATION REFERENCE BUREAU: 2050-Cİ İLDƏ AZƏRBAYCAN ƏHALİSİNİN SAYI 11,6 MİLYONA ÇATACAQ

Siyasət Materials 25 Avqust 2005 12:08 (UTC +04:00)
POPULATION REFERENCE BUREAU: 2050-Cİ İLDƏ AZƏRBAYCAN ƏHALİSİNİN SAYI 11,6 MİLYONA ÇATACAQ

2050-ci ildə Azərbaycan əhalisinin sayı 11,6 milyona çatacaq. Trend in məlumatına görə, bu proqnoz Iaşinqtonun "Population Reference Bureau" ictimai-tədqiqat təşkilatının "2005-ci ildə dünya əhalisi haqqında hesabat"ında verilib.

Population Reference Bureau mütəxəssisləri 2050-ci ildə əhalinin sayının Ermənistanda 3,3 milyon, Qırğızıstanda 8,3 milyona, Tacikistanda 10,9 mln, Türkmənistanda 7,4 mln, Özbəkistanda 38,4 milyona qədər artacağını proqnozlaşdırıblar.

Hesabata əsasən, 2050-ci ildə Ukraynada əhalinin sayı, 33,4 mln, Belorusiyada 8,5 mln, Gürcüstanda 3,6 mln, Moldaviyada 3,3 milyona qədər azalacaq. Qazaxıstan əhalisinin sayı isə 15 mln nəfər olacaq.

MDB dövlətləri arasında ən "gənc ölkə" Tacikistandır. Burada əhalinin 40%-nin hələ 15 yaşı tamam olmayıb. Ukrayna isə ən "qoca" dövlətdir. Burada yaşı 65-dən çox olan adamların sayı 16%, 15 yaşa qədər uşaqların sayı isə - 15% təşkil edir.

Yalnız Türkmənistan (58) və Rusiyada (59) kişilər ən azı 60 il yaşayırlar. Azərbacanda bu göstərici 70 il təşkil edir.

Ermənistan, Azərbaycan, Belorusiya və Gürcüstanda qadınlar hamıdan çox - 75 il yaşayırlar. Tacikistan və Türkmənistanda qadınlar orta hesabla 70-66- 67 il ömür sürürlər.

"2005-ci ildə dünya əhalisi haqqında hesabat"da qeyd olunur ki, dünya əhalisinin sayı ildə 80 mln nəfər artır. Artımın 99%-i isə kasıb ölkələrin payına düşür.

Population Reference Bureau mütəxəssislərinin proqnozuna görə, 2050-ci ildə dünyanın ən məskunlaşmış ölkəsi 1,628 mlrd əhali ilə Hindistan olacaq. Çində əhalinin sayı 1,437 mlrd nəfərə çatacaq. ABŞ və İndoneziya 420 və 308 mln əhali ilə siyahıda öz mövqelərini saxlayacaqlar.

Population Reference Bureau mütəxəssislərinin hesablamalarına görə, 2025-ci ildə planetdə 7,95 mlrd, 2050-ci ildə isə 9,26 mln adam yaşayacaq.

Xəbər lenti

Xəbər lenti