Azərbaycan Respublikası Baş Prokurorluğunda Avqustun 26-da cari ilin ilk yarımilliyinə həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Baş Priokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edərək bu ilin 6 ayı ərzində korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində həyata keçirildən tədbirlərin nəticələrindən danışıb.
Baş Prokuror Ceyranbatan Bələdiyyə işçilərinin, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Məhəmməd Babanlının rüşvət almaları, Sabunçu rayonu, Bakıxanov Qaz İstismar İdarəsinin, o cümlədən, Sumqayıt və Mingəçevir Qaz İstismar İdarələrinin vəzifəli şəxsləri, "Poçtbank" Səhmdar İnvestisiya Bankı idarə heyətinin sədri Elçin Mustafayevin saxta sənədlər əsasında 4.595.000 ABŞ dolları məbləğində pul vəsaitinin mənimsəməsi, Azərbaycan Müəllimlər İnstitutunda ayrılmış büdcə vəsaitilərinin vəzifəli şəxslər tərəfitndən külli miqdarda mənimsənilməsi və israfedilmə yolu ilə talanması, Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsi tərəfindən saxta yolla vətəndaşlara 86 milyon manat məbləğində qanunsuz pensiya verilməsi faktları üzrə cinayət işləri barədə məlumatlar verib.