...

ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR VARŞAVADA RƏSUL QULİYEVLƏ GÖRÜŞÜB

Siyasət Materials 30 Avqust 2005 18:40 (UTC +04:00)

Polşada səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli eks spiker, Azərbaybaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevlə görüşüblər. Bu barədə Trend ə AXCP-dən məlumat verilib. "Azadlıq" blokunda təmsil olunan hər üç lider blokun parlament seçkisinə hazırlığı, strateji fəaliyyəti barədə geniş müzakirələr aparıblar.

Qeyd edək ki, hazırda Əli Kərimli və İsa Qəmbər beynəlxalq konfransda iştirak etmək üçün Varşavadadırlar. ADP sədri Rəsul Quliyev də "Azadlıq" blokundakı müttəfiqləri ilə görüşmək üçün Varşavaya gəlib. Blok liderlərinin müşavirəsində seçki blokunun fəaliyyəti, seçkiyə hazırlığı, növbəti mitinqin təşkili, namizədlərin qeydə alınması prosesi və digər məsələlər müzakirə olunub. Blok rəhbərləri belə bir ümumi qərara gəliblər ki, müxalifətin əldə etdiyi bu birlik sonadək qorunmalı və gücləndirilməli, gələcək hakimiyyət komandasının əsası kimi nəzərdən keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti