...

AZƏRBAYCAN PREZİDENTİ AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ (ATƏT) FƏALİYYƏTDƏ OLAN SƏDRİNİN QƏBUL EDİB

Siyasət Materials 5 Sentyabr 2005 16:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də ATƏT-in fəsədri vropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri, Sloveniyanın XİN-nin rəhbəri Dmitri Rupelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, münaqişənin nizamlanmasının perspektivləri, Azərbaycanda qarşıdakı parlament seçkilərinə hazırlıq, Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri və qarşqılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti